UEFA Avropa Konfrans Liqasının final oyunun hakimləri açıqlanıb.
İdman.biz xəbər verir ki, "Betis" - "Çelsi" matçını Bosniya və Herseqovinadan olan ədalət təmsilçiləri idarə edəcəklər.
Qarşlaşmanın baş hakimi Irfan Pelito olacaq. Dördüncü hakim funksiyasını isə türkiyəli Halil Umut Meler yerinə yetirəcək.
Qeyd edək ki, final oyunu mayın 28-də Polşada təşkil olunacaq.
İdman.biz