Çempionlar Liqasının finalında rumıniyalı hakimlər briqadası - VİDEO

12 May 2025 22:24
254
Çempionlar Liqasının finalında rumıniyalı hakimlər briqadası - VİDEO

UEFA Çempionlar Liqasının final qarşılaşması rumıniyalı hakimlər briqadasına tapşırılıb.

İdman.biz xəbər verir ki, Fransanın PSJ və İtaliyanın "İnter" klublarının oyununu İştvan Kovaç idarə edəcək.

Oyunda oan Mixay Marika və Ferens Tunyoqi kömək edəcəklər. Dördüncü hakim funksiyasını Juan Pineyru (Portuqaliya) yerinə yetirəcək. Dennis Hiqler (Hollandiya) və köməkçisi Katalin Popa (Rumıniya) isə VAR hakimi olacaqlar.

Qeyd edəki ki, turnirin final matçı mayın 31-də Almaniyanın Münhen şəhərində keçiriləcək.

İdman.biz