Flik daha bir il "Barselona"da

Xəbərlər
12 May 2025 19:35
45
Flik daha bir il "Barselona"da

İspaniyanın "Barselona" klubu baş məşqçisi Hans-Diter Fliklə yeni müqavilə bağlayacaq.

İdman.biz xəbər verir ki, bu barədə İspaniya mətbuatında məlumat yayılıb.

Tərəflər arasında yeni razılıq əldə olunub. "Barselona" almaniyalı mütəxəssislə 2026-cı ilin yayında başa çatacaq anlaşma daha bir il müddətinə uzadacaq.

Qeyd edək ki, Hans-Diter Flik 2024-cü ilin iyulundan "Barselona"nı çalışdırır. Komanda onun rəhbərliyi altında La Liqada turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. Kataloniyalılar ölkə kuboku və superkubokunu qazanıblar.

İdman.biz