“Arsenal” və “Mançester Yunayted” eyni futbolçunun transferi uğrunda mübarizəyə qoşulub

16 Oktyabr 2026 03:02
96
“Arsenal” və “Mançester Yunayted” eyni futbolçunun transferi uğrunda mübarizəyə qoşulub

İngiltərənin “Arsenal” və “Mançester Yunayted” klubları “Nyukasl”ın futbolçusu Bazumana Turenin transferində maraqlıdırlar.

İdman.Biz “Caught Offside” nəşrinə istinadən xəbər verir ki, hər iki klub 20 yaşlı forvardı hələ ötən yay “Nyukasl”a keçməzdən əvvəl izləyib.

Lakin “Nyukasl” rəhbərliyi Kot-d’İvuardan olan futbolçunu satmağı planlaşdırmır. Klub Turenin gələcəyi ilə bağlı narahat deyil. Onun “sağsağanlar”la müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir.

Qeyd edək ki, Ture ötən yay Almaniyanın “Hoffenhaym” klubundan “Nyukasl”a transfer olunub. O, cari mövsümdə bütün turnirlərdə beş oyuna çıxaraq iki qol vurub.

“Transfermarkt” portalı futbolçunun bazar dəyərini 50 milyon avro (100 milyon manat) qiymətləndirir.

İdman.Biz