İspaniyanın “Barselona” və “Real” futbol klubları İngiltərənin “Tottenhem” komandasının sağ cinah müdafiəçisi Pedro Porronun transferində maraqlıdırlar.
İdman.Biz TEAMtalk nəşrinə istinadən xəbər verir ki, vasitəçilər artıq hər iki İspaniya klubu ilə danışıqlar aparıblar.
Məlumata görə, London təmsilçisi 27 yaşlı futbolçunun satışını yalnız ən azı 75 milyon funt-sterlinq (90 milyon avro) məbləğində təklif alacağı təqdirdə nəzərdən keçirməyə hazırdır.
İspaniyalı müdafiəçinin özü də “Barselona” və ya “Real”a keçməkdə maraqlıdır.
Qeyd edək ki, Porro cari mövsümdə bütün turnirlərdə dörd oyunda iştirak edib. Onun “Tottenhem”lə müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 45 milyon avro (90 milyon manat) qiymətləndirir.
