“Atalanta”nın baş məşqçisi Mauritsio Sarri futbol matçlarının sıx təqvimini sərt tənqid edib.
İdman.Biz xəbər verir ki, italiyalı mütəxəssis mövcud oyun qrafikinin futbolçuların sağlamlığına mənfi təsir göstərdiyini vurğulayıb.
“Futbolçular məntiqsiz və absurd oyun təqviminin təsirinə məruz qalırlar. Bu həftə çoxsaylı əzələ zədələri qeydə alınıb. UEFA və FIFA-dan şikayət etmək lazımdır. İtaliya Futbolçular Assosiasiyasının niyə heç nə deməməsi və susması məni təəccübləndirir”, - deyə Sarri bildirib.
Qeyd edək ki, “Atalanta” İtaliya A Seriyasında altı turdan sonra doqquz xal toplayaraq turnir cədvəlində 10-cu pillədə qərarlaşıb.
