Leroy Sane gələcəyi ilə bağlı qərar verib

Xəbərlər
25 Aprel 2025 00:21
470
Leroy Sane gələcəyi ilə bağlı qərar verib

Leroy Sane "Bavariya" ilə yeni müqavilə imzalayacaq.

İdman.biz xəbər verir ki, tərəflər arasındakı danışıqlar uğurla yekunlaşıb.

29 yaşlı cinah müdafiəçisi Münhen klubu ilə 2028-ci ilin yayına kimi razılaşma əldə edib. Yeni müqavilənin şərtlərinə görə Sane 10 milyon avro maaş və 5 milyon avro bonus qazanacaq.

Qeyd edək ki, Leroy 2020-ci ildən "Bavariya"da çıxış edir. O, bu mövsümdə bütün turnirlərdə 41 oyunda 11 qol vurub, 5 dəfə ötürmə verib.

İdman.biz