"Barselona"da Martineslə yola davam

Xəbərlər
14 Mart 2025 00:23
45
"Barselona"da Martineslə yola davam

"Barselona" müdafiəçi İniqo Martineslə müqavilənin müddətini uzadıb.

İdman.biz xəbər verir ki, bu barədə Kataloniya klubundan məlumat verilib.

Tərəflər arasında yeni razılaşma növbəti mövsümün sonunda kimi nəzərdə tutulub. 2023-cü ildən komandada çıxış edən 33 yaşlı futbolçunun çıxışından razıdırlar.

Qeyd edək ki, Martines bu mövsümdə 33 oyunda 3 qol və 4 ötürmə ilə yadda qalıb.

İdman.biz