“Çelsi” “Barselona”nın ulduzu üçün 120 milyon avrodan çox pul ödəməyə hazırdır

11 Sentyabr 2026 11:52
69
“Çelsi” “Barselona”nın ulduzu üçün 120 milyon avrodan çox pul ödəməyə hazırdır

“Barselona” futbol klubunun hücumameyilli yarımmüdafiəçisi Fermin Lopes “Çelsi”nin diqqət mərkəzində qalmaqda davam edir.

İdman.Biz xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.

Mənbənin məlumatına görə, “zadəganlar” Lopes üçün 120 milyon avrodan çox təklif etməyə hazırlaşırlar. London klubunun baş məşqçisi Xabi Alonso 23 yaşlı ispaniyalını əsas transfer hədəfi hesab edir. Klub rəhbərliyi isə mütəxəssisin istəyini yerinə yetirməyə hazırdır.

“Barselona” Fermin Lopeslə yollarını ayırmaq istəmir. Lakin 120 milyon avronu(237 milyon manat) keçən təklif Kataloniya klubunu futbolçunun transferinə razılaşmağa məcbur edə bilər.

Fermin Lopes cari mövsümdə bütün turnirlərdə beş oyunda iştirak edib. O, bu görüşlərdə dörd qol vurub və iki məhsuldar ötürmə ilə yadda qalıb.

İdman.Biz