Bu gün keçiriləcək oyunların AFİŞASI - Nəriman Axundzadənin komandası “Beşiktaş”la qarşılaşacaq

11 Sentyabr 2026 10:16
81
Bu gün keçiriləcək oyunların AFİŞASI - Nəriman Axundzadənin komandası “Beşiktaş”la qarşılaşacaq

Futbol üzrə Avropanın TOP-5 liqalarında və Türkiyə Superliqasında bu gün, 11 sentyabrda növbəti turun oyunları başlayacaq.

İdman.Biz xəbər verir ki, İspaniya La Liqasında turun ilk görüşündə “Sevilya” “Valensiya”nı qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Türkiyə Superliqasında isə turun açılış qarşılaşmasında “Beşiktaş” Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin çıxış etdiyi “Erzurumspor” komandasını qəbul edəcək. İstanbulda keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

11 sentyabrın oyunları - Bakı vaxtı ilə:

Türkiyə Superliqası
21:00 “Beşiktaş” - “Erzurumspor”

Bundesliqa
22:30 “Union Berlin” - “Şalke”

A Seriyası
22:45 “Venetsiya” - “Fiorentina”

Liqa 1
22:45 “Renn” - “Marsel”

La Liqa
23:00 “Sevilya” - “Valensiya”

Qeyd edək ki, İngiltərə Premyer Liqasında 11 sentyabr üçün oyun nəzərdə tutulmayıb.

İdman.Biz