“Əlbəttə, 0:4 hesabı ilə uduzmaq heç vaxt xoş deyil. Amma düşünürəm ki, bu, bizim üçün böyük təcrübədir”.
Bu barədə “Sabah”ın futbolçusu Velko Simiç “Mançester Yunayted”lə oyundan sonra açıqlamasında bildirib.
“Bu səviyyədə hansı səhvlərə yol verə bilməyəcəyimizi görmək baxımından faydalı oldu. İnanıram ki, bu turnir ərzində inkişaf edəcəyik”, - deyə futbolçu AZƏRTAC-a vurğulayıb.
Simiç oyundan müsbət məqamların da olduğunu vurğulayıb:
“Bu oyundan götürə biləcəyimiz bəzi müsbət məqamlar var. Amma dediyim kimi, bu ən yüksək səviyyəli yarışda bəzi sadə səhvlərdən, xüsusilə də öz meydan yarımızda yol verdiyimiz səhvlərdən qaçmalı və hücumda daha məhsuldar olmağa çalışmalıyıq”, - deyə o qeyd edib.
