Karlo Ançelotti: “Ona “El-Klasiko”nun nə olduğunu izah etməli deyiləm”

Xəbərlər
28 Oktyabr 2023 13:58
89
Karlo Ançelotti: “Ona “El-Klasiko”nun nə olduğunu izah etməli deyiləm”

“El Klassiko” çox vacibdir, lakin mövsüm çox uzundur. Çox rəqabətli mövsüm izləyəcəyik”.

İdman.biz xəbər verir ki, bunu Madrid “Real”nın baş məşqçisi Karlo Ançelotti deyib.

Təcrübəli mütəxəssis bu gün “Barselona” ilə keçirəcəkləri “El Klassiko”nu dəyərləndirib. O bildirib ki, həvəsləndirici və xüsusi oyundur: “Bu, mövsümün ilk “El Klassikosu”dur, amma daha çox olacaq. Superkubok, cavab oyunu, “Kral Kuboku”, Çempionlar Liqası... Yenidən görüşmək üçün çoxlu imkanlarımız var. Biz yaxşı vəziyyətdəyik”.

Ançelottinin sözlərinə görə, prinsipial rəqibləri həm hücumda, həm də müdafiədə əla oyun nümayiş etdirirlər: “Onlar bu mövsüm çox keyfiyyətli gənc oyunçular cəlb ediblər. Həmişə olduğu kimi, eyni “Barselona”nı gözləyirik”.

Zədəsi olan Cud Bellingemin oynayıb-oynamayacağı haqqında isə baş məşqçi artıq qərarını verib: “O, oynayacaq, çünki vəziyyəti yaxşıdır və sağalıb. Mən ona “El-Klasiko”nun nə olduğunu izah etməli deyiləm, hamı bunun necə önəmli olduğunu bilir”.

Qeyd edək ki, “Barselona” - “Real” qarşılaşması bu gün Bakı vaxtı ilə saat 18:15-də başlayacaq.

İdman.biz