"Liverpul"un müdafiəçisi Trent Aleksander-Arnold avtomobil qəzası keçirib.
İdman.biz xəbər verir ki, dünən axşam saatlarında müdafiəçi idarə etdiyi şəxsi avtomobili ilə qəzaya uğrayıb.
Xoşagəlməz hadisəyə Böyük Britaniyada tüğyan edən şiddətli "Babet" fırtınası səbəb olub. Elektrik dirəyi yerindən çıxaraq Arnoldun idarə etdiyi avtomobilin qarşısında gedən nəqliyyat vasitəsinin üstünə düşüb. Trend qəzadan yayınmağa çalışsa da, avtomobilinə ciddi ziyan dəyib. Futbolçunun özü isə xəsarət almayıb.
Qeyd edək ki, Arnold hazırda davam edən İngiltərə Premyer Liqasının IX turunda “Everton”la (0:0) matça “11-lik”də çıxıb.
İdman.biz