"Roma"nın üzvü sarı vərəqə almasına pul qoyuluşu edib

Xəbərlər
13 Oktyabr 2023 21:31
88
"Roma"nın üzvü sarı vərəqə almasına pul qoyuluşu edib

İtaliya futbolunda mərc oyunları ilə bağlı növbəti qalmaqal gündəmə gəlib.

İdman.biz saytı xəbər verir ki, “Roma”nın futbolçusu Nikola Zalevski diskvalifikasiya oluna bilər.
Polşalı futbolçu A Seriyasının “Salernitana” ilə oyununda özünün sarı vərəqə almasına pul qoyuluşu edib. 21 yaşlı yarmmüdafiəçi matçın 94-cü dəqiqədə rəqibin formasından tutub saxlayaraq, sarı vərəqə ilə cəzalandırılıb. Bu fakt tədiqlənərsə, Zalevski İtaliya qanunlarına görə, cəza alacaq.

Qeyd edək ki, dünən Sandro Tonali və Nikola Zaniolonun oyunlara pul qoyuluşu etməsi xəbərləri yayılıb və hər iki futbolçu milli komandanın düşərgəsindən uzaqlaşdırılıb.

İdman.biz