İnasiu “Mançester Yunayted”in hədəfində

Xəbərlər
11 Oktyabr 2023 23:38
107
İnasiu “Mançester Yunayted”in hədəfində

“Mançester Yunayted” mərkəz müdafiəçisi axtarışına çıxıb.

İdman.biz saytı xəbər verir ki, “Sportinq”in futbolçusu Qonsalu İnasiu bu mövqeyə əsas namizəd sayılır.

Klub rəhbərliyi yekun qərar verməyib. Lissabon klubu ilə 2027-ci ilin yayınadək müqaviləsi olan futbolçunun transfer qiynəti 30 milyon avrodur. Mançesterlilərin Edmond Tapsoba (“Bayer”), Antoniu Silva (“Benfika”) və Jan-Kler Todiba (“Nitsa”) ilə də yaxından maraqlandığı qeyd edilib.

Danışıqlar müsbət nəticələnərsə, İnasiu qışda İngiltərəyə köçəcək.

İdman.biz