“Nyukasl”, “Liverpul” və İngiltərə millisinin keçmiş futbolçusu Endi Kerroll avtobioqrafiyasında həyatının ağır təfərrüatlarını bölüşüb.
İdman.Biz xəbər verir ki, 37 yaşlı futbolçu 2021-ci ildə “məşhur tanışı” tərəfindən cinsi zorakılığa məruz qaldığını açıqlayıb.
“Mən cinsi zorakılığa məruz qalmışam. Bu haqda düşünmək belə qorxuludur və indiyədək bundan yalnız bir neçə nəfər xəbərdar idi”, – Kerroll yazıb.
Futbolçu hadisədən sonra həmin şəxsi evdən qovub və polisə müraciət edib. Sonradan təcavüzkar məhkəmə qarşısına çıxarılaraq cinsi cinayətlərdə təqsirli bilinib və 3 il müddətinə azadlıqdan məhrum edilib.
Kerroll bu hadisəni uzun müddət ictimaiyyətə açıqlamaqdan tərəddüd etdiyini bildirib:
“Başıma gələnlər həyatımın hər bir aspektinə təsir etdi. Hər gün bu haqda düşünürdüm, buna görə də başqa bir şeyə, o cümlədən futbola diqqət yetirmək çətin idi. Travma heç yerə itməyib. Amma mənim hekayəm hər hansı bir nəfərə belə kömək etsə, deməli, buna dəyərdi”.
