Deku “Barselona”nın yayda Lautaro Martinesi transfer etmək istədiyini təsdiqlədi

25 Sentyabr 2026 01:49
71
Deku “Barselona”nın yayda Lautaro Martinesi transfer etmək istədiyini təsdiqlədi

“Barselona” futbol klubunun idman direktoru Deku ötən yay “İnter”in hücumçusu Lautaro Martinesi transfer etmək istədiklərini təsdiqləyib.

İdman.Biz xəbər verir ki, kataloniyalılar Xulian Alvaresin transferi baş tutmadıqdan sonra argentinalı hücumçunun keçidini nəzərdən keçiriblər.

“Klub bizə onun satılmadığını deyən kimi daha irəli getmədik və bu haqda bir daha danışmadıq. Biz dürüst və açıq hərəkət etməyə çalışırıq. Bəzən mediada spekulyasiyalar yaranır, lakin klublar reallığın necə olduğunu bilirlər.

Lautaro “İnter” üçün kumirdir və biz buna böyük hörmətlə yanaşırıq. O, fantastik oyunçu, bir ikon, “İnter”in əfsanəsi və kapitanıdır. Həqiqət budur ki, o, “Barselona”ya mükəmməl uyğun gələcək futbolçulardan biri idi. Lakin prezidentimiz “İnter”in prezidenti ilə danışanda bizə birbaşa dedilər ki, o, əlçatmazdır. Biz buna hörmət etdik və danışıqları davam etdirmədik. Futbolçunun özü və ya agenti ilə heç vaxt əlaqə saxlamadıq.

Bu, bəyəndiyimiz və hələ də bəyəndiyimiz oyunçudur. Şəxsən mənim ondan çox xoşum gəlir”, – Deku “Sky Sport Italia”ya açıqlamasında bildirib.

İdman.Biz