Çexiyada qapıçı danışılmış oyunlara görə 20 il müddətinə diskvalifikasiya olundu

25 Sentyabr 2026 02:46
87
Çexiyada qapıçı danışılmış oyunlara görə 20 il müddətinə diskvalifikasiya olundu

Çexiyalı qapıçı Marek Kalina danışılmış oyunlarda iştirak etdiyinə görə 20 il müddətinə diskvalifikasiya olunub.

İdman.Biz xəbər verir ki, bu barədə Çexiya Futbol Assosiasiyasının (FACR) mətbuat xidməti məlumat yayıb.

29 yaşlı Kalinaya FACR-in bütün tədbirlərində iştirak qadağası qoyulub və 500 min kron (təxminən 20 500 avro) cərimə tətbiq edilib. Futbolçu beş il ərzində 11 epizod üzrə təqsirli bilinib.

FACR qərar qəbul edərkən əməllərin çoxluğunu, uzun zaman kəsiyini və pozuntularla bağlı digər sübutları nəzərə alıb.

Assosiasiyanın Etika Komitəsi intizam pozuntularının gəlir əldə etmək məqsədilə sistematik və ardıcıl şəkildə törədildiyi qənaətinə gəlib.

Marek Kalinanın son klubu Çexiya çempionatının dördüncü divizionunda çıxış edən “Znoymo” olub.

İdman.Biz