Fransa millisinin baş məşqçisi Zinəddin Zidan 2012-ci ildə Kilian Mbappenin Madrid “Real”ının akademiyasında baxışdan keçdiyi vaxt onun istedadını necə gördüyünü xatırlayıb.
İdman.Biz “RMC Sport”a istinadən xəbər verir ki, Mbappe Madridə Zidanın şəxsi tövsiyəsi ilə dəvət olunub.
“2012-ci ildə Kilian Mbappenin “Real”a gəlişini görəndə ağlıma da gəlməzdi ki, 2026-cı ildə Fransa millisində onunla birlikdə çalışacağam. Lakin o zaman onun böyümə prosesində nümayiş etdirdiyi potensialı görmüşdüm. Hamı Kilianın Madrid “Real”ında oynadığını görməkdən məmnun olardı. Həmin vaxt bu baş vermədi, lakin tarixin necə inkişaf etdiyini hamımız bilirik”, – deyə Zidan açıqlamasında bildirib.
