Zinedin Zidan Fransa millisinin baş məşqçisi postunda debüt matçına çıxmağa hazırlaşır. O, bu gün UEFA Millətlər Liqasının ilk turunda Türkiyə ilə qarşılaşacaq.
İdman.Biz xəbər verir ki, jurnalistlər Zidanın məşqçi kimi debütünün 30 ildən çox əvvəl futbolçu kimi Fransa millisində keçirdiyi ilk oyundan daha həyəcanlı olub-olmadığını soruşublar.
“Hətta daha həyəcanlıdır, bəlkə də. Fransa millisinə rəhbərlik edərkən böyük həyəcan hiss edirəm.
Bu, yeni bir şeydir. Mən baş məşqçi postuna keçirəm, buna görə də bu haqda danışırlar. Bunda bir məntiq var”, – Zidan deyib.
