Skaloni Argentina millisinin yeni kapitanının adını açıqladı

25 Sentyabr 2026 06:39
65
Skaloni Argentina millisinin yeni kapitanının adını açıqladı

Argentina millisinin baş məşqçisi Lionel Skaloni komandanın kapitanının Kristian Romero olacağını açıqlayıb.

İdman.Biz xəbər verir ki, Madrid “Atletiko”sunun müdafiəçisi qarşıdakı yoldaşlıq görüşlərində Argentina millisində kapitan sarğısını daşıyacaq.

2026-cı il dünya çempionatının gümüş mükafatçıları sentyabrın 30-da Boliviya, oktyabrın 3-də Burkina-Faso və oktyabrın 6-da Beninlə qarşılaşacaq.

Beninlə oyun Lionel Messinin Argentina millisinin formasında son matçı olacaq. Həmin görüşdə komandanı məhz Messi kapitan kimi meydana çıxaracaq.

Qeyd edək ki, Argentina DÇ-2026-nın finalında əlavə vaxtda İspaniyaya 0:1 hesabı ilə məğlub olub.

İdman.Biz