"Real" Vinisiusla müqaviləni artıracaq

Xəbərlər
10 Oktyabr 2023 12:38
117
"Real" Vinisiusla müqaviləni artıracaq

Madrid “Real”ının prezidenti Florentino Peresin koronavirusdan sağaldıqdan sonra vinger Vinisius Junior ilə müqaviləni uzatmağı planlaşdırır.

İdman.biz xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.

O bildirib ki, braziliyalı futbolçunun müqaviləsinin uzadılması ilə bağlı tədbir ötən həftə baş tutmalı idi, lakin Peresin xəstəliyi səbəbindən təxirə salınıb. Vinisiusla yeni müqavilənin imzalanmasının yaxın həftələrdə açıqlanacaq.

Qeyd edək ki, daha əvvəl mediada Vinisiusun yeni müqaviləyə əsasən təzminat məbləğinin 1 milyard avro olması barədə məlumat yayılıb.

23 yaşlı futbolçu 2018-ci ildən "Real"da çıxış edir. Bu müddət ərzində o, 232 matçda iştirak edib, 62 qol vurub, 65 məhsuldar ötürmə edib.

İdman.biz