İngiltərənin “Arsenal” futbol komandası Dortmund “Borussiya”sının hücumçusu Maksimilian Bayerlə maraqlanır.
İdman.Biz xəbər verir ki, TEAMtalk nəşrinin məlumatına görə, London klubunun skautları 23 yaşlı alman futbolçunu yüksək qiymətləndirir və onun çıxışlarını yaxından izləyirlər.
“Arsenal”da Bayerin oyun üslubunun İngiltərə Premyer Liqasına uyğun olacağı düşünülür. Mənbə futbolçunun xüsusiyyətlərini London klubunun hücumçusu Kay Havertslə müqayisə edir.
Hər iki oyunçunun əsas üstünlüklərindən biri boş zonaları tapmaq bacarığı kimi göstərilir.
Qeyd edək ki, “Arsenal” Bayerlə maraqlanan yeganə klub deyil. “Mançester Yunayted” və “Tottenhem” də yay transfer pəncərəsində hücumçuya maraq göstərib.
