Lionel Messi “İnter Mayami”də 101-ci qolunu vurub - VİDEO

21 Sentyabr 2026 09:43
74
Lionel Messi “İnter Mayami”də 101-ci qolunu vurub

ABŞ-nin “İnter Mayami” futbol klubu MLS-in müntəzəm çempionatında “San Dieqo” ilə 2:2 hesablı heç-heçə edib.

İdman.Biz xəbər verir ki, Lionel Messi Mayami klubunun heyətində 101-ci qolunu vurub. Bu, argentinalı ulduzun peşəkar karyerasında 930-cu qolu olub.

“San Dieqo” 12-ci dəqiqədə Anders Dreyerin qolu ilə hesabı açıb. 24-cü dəqiqədə Messi cərimə zərbəsindən birbaşa qapıya zərbə endirərək hesabı bərabərləşdirib. Bu, argentinalı futbolçunun MLS-in cari mövsümündə 20-ci qolu olub.

74-cü dəqiqədə Luis Suares “İnter Mayami”ni hesabda önə çıxarıb. Lakin 8 dəqiqə sonra Dreyər dublunu rəsmiləşdirərək yekun hesabı müəyyənləşdirib.

Beləliklə, “İnter Mayami” çempionatda ardıcıl dördüncü dəfə heç-heçə edib.

Qeyd edək ki, Messi klubdakı 100-cü qolunu bundan dörd gün əvvəl “Kruz Azul”a qarşı “Campeones Cup” matçında (2:0) vurub.

İdman.Biz
Məqalədə: