İngiltərənin “Mançester Yunayted” futbol komandasının baş məşqçisi Maykl Karrik Premyer Liqada mövsümün ilk beş turunu dəyərləndirib.
İdman.Biz xəbər verir ki, “qırmızı şeytanlar” bu müddətdə cəmi beş xal toplayıb. Komanda bir qələbə qazanıb və iki dəfə heç-heçə edib.
“Bu ilk mərhələ çox sürətlə keçdi. Daha çox xal toplamaq istəyirdik, amma buna tam nail ola bilmədik. Buna baxmayaraq, gələcəyə nikbin baxıram. Komanda yenidən bir araya gəldikdən sonra bizi sıx oyun qrafiki gözləyir”, - deyə Karrik klubun rəsmi saytına bildirib.
Mütəxəssis milli komandalara yollanan futbolçuların sağlam şəkildə geri dönməsinin vacibliyini də vurğulayıb:
“Bir çox oyunçunu dünyanın müxtəlif yerlərinə uzaq səfərlər gözləyir. Ümid edirəm ki, onlar sağlam, yaxşı formada və yenidən işə hazır şəkildə qayıdacaqlar”.
Karrik fasilədən sonrakı hazırlıq prosesi barədə də danışıb:
“Qayıtdıqdan sonra mövsümün vacib və gərgin mərhələsi başlayacaq. Futbolçularla mümkün qədər çox işləyəcəyik, bütün klubların etdiyi kimi onlara bir qədər istirahət verəcəyik, sonra isə mövsümün bərpasına hazırlaşacağıq”.
