Sarri “Yuventus”la oyundan sonra VAR-a üsyan etdi

21 Sentyabr 2026 08:44
91
Sarri “Yuventus”la oyundan sonra VAR-a üsyan etdi

İtaliyanın “Atalanta” futbol komandasının baş məşqçisi Mauritsio Sarri A Seriyasının beşinci turunda “Yuventus”a 0:2 hesablı məğlubiyyətdən sonra hakimlikdən narazılığını gizlətməyib.

İdman.Biz xəbər verir ki, mütəxəssis Pyer Kalulunun cərimə meydançasında Conatan Rounun formasından açıq şəkildə tutduğu epizodda nə baş hakimin, nə də VAR-ın müdaxilə etməməsini tənqid edib.

“VAR-ın yeni versiyasına üstünlük verirəm. Amma belə epizodları da görmürsünüzsə... VAR burada müdaxilə etmirsə, onda onu ümumiyyətlə ləğv etmək daha yaxşıdır. Artıq onun zəruriliyini görmürəm”, - Sarri bildirib.

“Atalanta”nın yarımmüdafiəçisi Ederson da qərarla razılaşmayıb:

“Bu, məni dəli edir. Belə şeyi qəbul etməməliyik. VAR belə bir qayda pozuntusunu gözdən qaçıra bilməz”.

Qeyd edək ki, “Atalanta” “Yuventus”a 0:2 hesabı ilə uduzaraq mövsümdə üçüncü məğlubiyyətini alıb. Berqamo təmsilçisi beş turdan sonra altı xalla 11-ci pillədədir.

İdman.Biz