FİFA-nın keçmiş prezidenti qurumun seçiminə qarşıdır

Xəbərlər
8 Oktyabr 2023 15:38
97
FİFA-nın keçmiş prezidenti qurumun seçiminə qarşıdır

FİFA-nın keçmiş prezidenti Yozef Blatter DÇ-2030 barədə danışıb.

İdman.biz saytı xəbər verir ki, o, turnirin üç qitə və altı ölkəsində keçirilməsini düzgün qərar olmadığını söyləyib.

Blatter dünya çempionatının 100 illiyi ilə bağlı təşkil olunacaq turnirin Cənubi Amerikada keçirilməsinin vacibliyini qeyd edib: “Çempionatın bu formatda təşkili absuddur. Tarixə nəzər yetirsək, 2030-cu ildə mundialın Cənubi Amerikada keçirilməli olduğunu düşünürəm”.

Qeyd edək ki, ilk dünya çempionatı 1930-cu ildə Uruqvayda təşkil olunub. FİFA-nın qərarına əsasən, mundialın üç oyunu Uruqvay, Argentina və Paraqvayda, digər oyunları isə İspaniya, Portuqaliya və Mərakeşdə təşkil olacaq.