UEFA Millətlər Liqasının qrup mərhələsinin ilk turunda Niderland və Almaniya milliləri Amsterdamdakı “Yohan Kroyff Arena”da üz-üzə gəlir.
İdman.Biz xəbər verir ki, Almaniya millisinin hücumçusu Kay Haverts ilk hissədə zədələnib və oyunu davam etdirə bilməyib. 30-cu dəqiqədə onu Yunes Ebnutalib əvəzləyib.
Qeyd edək ki, qrupun digər oyununda Yunanıstan və Serbiya milliləri qarşılaşır. İkinci turda Niderland səfərdə Serbiya, Almaniya isə evdə Yunanıstanla oynayacaq. Görüşlər sentyabrın 27-də keçiriləcək.
