"Qalatasaray" 3:0 hesabını qoruya bilməyib - VİDEO

Xəbərlər
28 Sentyabr 2024 23:17
342
"Qalatasaray" 3:0 hesabını qoruya bilməyib - VİDEO

Türkiyə Superliqasında VII turun 3 oyunu baş tutub.

İdman.biz xəbər verir ki, çempion mövsümdə ilk dəfə xal itirib.

"Qalatasaray" öz meydanında 3:0 hesablı üstünlüyü qoruya bilməyib. "Kasımpaşa" böyük əzmkarlıq göstərərək, 1 xal qazanıb. "Sarı qırmızlar" 7 oyundan sonra 19 xal toplayıblar.

"Samsunspor" - "Göztepe" matçında isə qapılara 7 qol vurulub.

Türkiyə Superliqası
VII tur
28 sentyabr

"Samsunspor" - "Göztepe" - 4:3
"Alanyaspor" - "Rizespor" - 1:0
"Qalatasaray" - "Kasımpaşa" - 3:3

İdman.biz