Qirassi Levandovskinin rekordunu təkrarlayıb

Xəbərlər
24 Sentyabr 2023 13:57
88
Qirassi Levandovskinin rekordunu təkrarlayıb

Dünən, sentyabrın 23-də Almaniya Bundesliqasının 5-ci turunda "Ştutqart" və "Darmştadt 98" komandaları qarşılaşıb. Ştutqartda keçirilən oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu görüşdə “Ştutqart”ın hücumçusu Seru Qirassi dubla imza atıb.

Bu, onun cari Bundesliqa mövsümündə 9-cu və 10-cu qollarıdır. Qirassi , 2020/2021 mövsümündə "Bavariya" üçün ilk beş turda 10 qol vuran Robert Levandovskinin rekordunu təkrarlayıb. Ümumilikdə polşalı həmin mövsüm Almaniya çempionatında 29 oyunda 41 qol vurub.

"Ştutqart" Almaniya çempionatının turnir cədvəlində 5 oyundan sonra 12 xalla lider olub. "Darmstadt 98" 1 xalla sonuncu pillədə qalıb. Qirassi hazırda Bundesliqada qol vurmaq yarışına başçılıq edir.

İdman.biz