Madrid “Real”ı “Bavariya”nın 18 yaşlı yarımmüdafiəçisi Lennart Karla maraq göstərir.
İdman.Biz "CFBayern Insider"-ə istinadən xəbər verir ki, Madrid klubu futbolçunun vəziyyətini izləyir və onun Münhen təmsilçisi ilə müqaviləsini uzadıb-uzatmayacağını öyrənmək istəyir. Klublar arasında danışıqların aparılması ilə bağlı rəsmi məlumat yoxdur.
Karl daha əvvəl “Real”ı arzuladığı klub kimi göstərib. Onun “Bavariya” ilə hazırkı müqaviləsi 2029-cu ilə qədər qüvvədədir. Futbolçunun bazar dəyəri 60 milyon avro (120 milyon manat) qiymətləndirilir.
Yarımmüdafiəçi ötən mövsüm bütün turnirlərdə 9 qol vurub və 9 məhsuldar ötürmə edib.
