33 yaşında fubola vida

Xəbərlər
7 İyul 2024 18:19
181
33 yaşında fubola vida

İspaniyalı yarımmüdafiəçi Tyaqo Alkantara karyerasını bitirəcək.

İdman.biz xəbər verir ki, o, zədələr üzündən 33 yaşında belə qərar verib.

2020-ci ildən "Liverpul"da çıxış edən futbolçu ötən mövsümdə cəmi 1 oyunda meydana çıxa bilib. Alkantaranın karyerasını bitirdikdən sonra "Barselona"nın məşqçilər korpusunda yer alacağı xəbərləri yayılıb.

Qeyd edək ki, Tyaqo karyerası ərzində "Liverpul"la yanaşı "Barselona" və "Bavariya"nın da şərəfini qoruyub.

İdman.biz