UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyunları keçirilir.
İdman.Biz xəbər verir ki, Finlandiyanın KuPS klubu səfərdə Şimali Makedoniyanın “Vardar” komandası ilə üz-üzə gəlib. Oyun Finlandiya komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu klubların cavab matçı iyulun 14-də keçiriləcək.
“Sabah” TNS səddini aşacağı halda, “Vardar” - KuPS cütünün qalibi ilə üz-üzə gələcək.
