Almaniya millisinin baş məşqçisi Yurgen Klopp azarkeşlərinin sayının artması ilə bağlı zarafat edib.
İdman.Biz xəbər verir ki, 59 yaşlı mütəxəssis onu tanıyanlar arasında yaşlı qadınların da olmasına təəccübləndiyini söyləyib:
“Azarkeş kütləm genişlənib. Aptekə girəndə 80-90 yaşlı qadınlar mənə uğurlar arzulayırlar. Onların məni tanıdıqlarını düşünməzdim”.
Klopp millidə gördüyü işin əhəmiyyətindən və qurmaq istədiyi komandadan da danışıb:
“Millidə vacib bir iş gördüyümü hiss edirəm və bilirəm. Bizdən gözlənilənə nail olmağa, heç kimin qarşılaşmaq istəməyəcəyi komanda qurmağa çalışırıq. Məncə, artıq düzgün istiqamətdə irəliləyirik”.
Almaniyalı məşqçi bu hədəflərin onda təzyiq yaratmadığını da qeyd edib:
“Heç bir təzyiq hiss etmirəm. Özümü 59 ildir tanıyıram və həmişə bacardığımın ən yaxşısını etməyə çalışmışam. Edə biləcəyim budur. Özümə şübhə etmirəm”.
Qeyd edək ki, Almaniya millisi noyabrın 13-də Millətlər Liqasının qrup mərhələsinin beşinci turunda Serbiya ilə qarşılaşacaq.
