Tuxel: “7:0 hesablı məğlubiyyət Xorvatiyanın əsl gücünü göstərmir”

12 Noyabr 2026 00:09
38
Tuxel: “7:0 hesablı məğlubiyyət Xorvatiyanın əsl gücünü göstərmir”

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel UEFA Millətlər Liqasının beşinci turunda Xorvatiya ilə keçirəcəkləri oyundan gözləntilərini bölüşüb.

İdman.Biz xəbər verir ki, mütəxəssis əvvəlki qarşılaşmadakı böyükhesablı qələbəyə baxmayaraq, rəqibin gücünü yüksək qiymətləndirib:

“İlk növbədə, bu, psixoloji sınaqdır. Bu rəqiblə əvvəlki görüşdə əldə etdiyimiz nəticəni haqq etdiyimizi anlamalıyıq. Amma mənim üçün həmin hesab istisna haldır və Xorvatiya millisinin əsl ustalıq səviyyəsini, statusunu əks etdirmir. Onlar dərhal lazımi reaksiya verdilər və bu, hörmətə layiqdir. İspaniya ilə həmin oyunda qalib gələ bilərdilər”.

Xatırladaq ki, İngiltərə üçüncü turda Xorvatiyanı 7:0 hesabı ilə məğlub edib.

Komandalar noyabrın 12-də Londondakı “Uembli” stadionunda qarşılaşacaqlar. Bakı vaxtı ilə saat 23:45-də başlayacaq görüşü danimarkalı Morten Kroq idarə edəcək.

İdman.Biz