Tçuameninin “Selta” ilə oyunda iştirakı sual altındadır

11 Noyabr 2026 23:37
67
Tçuameninin “Selta” ilə oyunda iştirakı sual altındadır

“Real Madrid”in yarımmüdafiəçisi Orelyen Tçuameninin La Liqada “Selta” ilə qarşıdakı oyunda meydana çıxıb-çıxmayacağı hələ dəqiqləşməyib.

İdman.Biz xəbər verir ki, sağ qasıq nahiyəsində narahatlıq hiss edən 26 yaşlı futbolçu Fransa millisinin düşərgəsini tərk edərək Madridə qayıdıb. O, noyabrın 11-də ilkin müayinədən keçib.

Tçuameni noyabrın 12-də əlavə tibbi müayinələrdən və fiziki testlərdən keçəcək. Bundan sonra problemin nə dərəcədə ciddi olduğu müəyyənləşdiriləcək. Hazırda onun “Selta” ilə görüşü buraxacağı qətiləşməyib, lakin iştirakı da təsdiqlənməyib.

Yarımmüdafiəçi Klerfontendə millinin düşərgəsinə qoşulduqdan sonra ağrı hiss edib və çərşənbə axşamı keçirilən məşqi tamamlaya bilməyib.

Fransa millisinin və “Real Madrid”in tibbi heyətləri arasında aparılan müzakirələrdən sonra futbolçunun klubuna qayıtması qərara alınıb. Tçuameni yığmanın İtaliya və Türkiyə ilə oyunlarında iştirak etməyəcək.

İdman.Biz