“Atletiko” Simeonesiz və 17 futbolçusuz məşq etdi

11 Noyabr 2026 22:01
37
“Atletiko” Simeonesiz və 17 futbolçusuz məşq etdi

Madridin “Atletiko” klubu Maxadaondadakı bazasında güclü yağış altında və natamam heyətlə məşq edib.

İdman.Biz xəbər verir ki, əsas komandanın 17 futbolçusu milli komandaların düşərgəsində olduğundan hazırlıqda iştirak etməyib. Koke, Kardoso, Markos Lyorente, Robin Le Norman, Dani Martines və Arnau fasilə dövründə məşqlərini davam etdiriblər.

Baş məşqçi Dieqo Simeone də hazırlıqda olmayıb. Argentinalı mütəxəssis klubun icazəsi ilə şəxsi məsələlərə görə vətəninə yollanıb. Onun yoxluğunda məşqə Qabi Fernandes və fiziki hazırlıq üzrə məşqçi Luis Pinedo rəhbərlik ediblər.

Kristian Romeronun bərpa prosesində isə irəliləyiş qeydə alınıb. Argentinalı müdafiəçi reabilitasiya üzrə mütəxəssisin nəzarəti altında meydanda qaçış hərəkətləri yerinə yetirib.

Romero yaxın günlərdə fərdi proqram əsasında hazırlığını davam etdirəcək. Onun məqsədi noyabrın 22-də La Liqada “Xetafe”yə qarşı keçiriləcək oyuna qədər sıraya qayıtmaqdır.

İdman.Biz