Keyn: “Onlarsız “Qızıl top”u qazana bilməzdim”

11 Noyabr 2026 21:31
45
Keyn: “Onlarsız “Qızıl top”u qazana bilməzdim”

“Bavariya”nın və İngiltərə millisinin hücumçusu Harri Keyn “Qızıl top”u qazanmasında Münhen klubunun mühüm rol oynadığını bildirib.

İdman.Biz xəbər verir ki, forvard klubun, məşqçinin və komanda yoldaşlarının dəstəyini xüsusi qiymətləndirib:

“Bavariya”ya keçid karyeramda böyük addım, ailəm üçün də vacib hadisə oldu. Özümü sınamaq və daha hansı səviyyəyə yüksələ biləcəyimi görmək istəyirdim. Bu kluba qoşulduğum gündən bizi burada çox isti qarşıladılar. “Qızıl top”a gedən yolda klubun, əməkdaşların, məşqçinin və komanda yoldaşlarımın dəstəyini hiss etmək xüsusi duyğu idi. Onlarsız “Qızıl top”u qazana bilməzdim. Özümə həmişə inanmışam və hansı səviyyəyə çata biləcəyimi bilmişəm”.

Keyn Münhen klubundakı mühitin daha yüksək səviyyəyə çatmasına kömək etdiyini də söyləyib:

““Bavariya” kimi daim böyük oyunlara çıxan, titullar qazanan və qollar vuran bir klubda əvvəllər heç kimin məndən görmədiyi səviyyəyə yüksələ biləcəyimi anlayırdım. Bu kluba keçid həmin məqsədə çatmağıma kömək etdi. Komanda və klub ətrafındakı ab-hava yeni pilləyə yüksəlməyimə imkan verdi. Məncə, “Qızıl top”u qazanmağımda “Bavariya”nın rolu məhz bunda idi”.

Qeyd edək ki, Keyn 2025/2026 mövsümünün yekunlarına əsasən ilin ən yaxşı futbolçusu seçilib. O, mükafatı oktyabrın 26-da Londonda keçirilən mərasimdə alıb.

İdman.Biz