Mourinyo Endriki “Real Madrid”də saxlamaq istəyir

11 Noyabr 2026 23:12
38
Mourinyo Endriki “Real Madrid”də saxlamaq istəyir

“Real Madrid” rəhbərliyi və baş məşqçi Joze Mourinyo 20 yaşlı braziliyalı hücumçu Endrikin komandada qalmasını istəyirlər.

İdman.Biz xəbər verir ki, Madrid klubunda gənc futbolçunun potensialı yüksək qiymətləndirilir və onun cari mövsümdə kifayət qədər oyun vaxtı alacağına ümid edilir.

Endrik isə gələcəyi barədə yekun qərar verməyib. Qarşıdakı bir ay ərzində oyun praktikası ilə bağlı vəziyyət dəyişməsə, hücumçu komandadan ayrılmaq təşəbbüsü göstərə bilər.

Mümkün variantlardan biri futbolçunun 2026-cı ilin əvvəlində olduğu kimi yenidən icarəyə göndərilməsidir.

Bununla belə, “Real Madrid” rəhbərliyi əvvəlki mövsümlə müqayisədə Endriki buraxmağa daha az meyillidir. Klub mövsüm ərzində heyətdə kifayət qədər alternativin olmasını və məşqçilər korpusunun geniş seçim imkanlarını qorumaq istəyir.

Braziliyalının gələcəyi böyük ölçüdə Mourinyonun qarşıdakı oyunlarda ona nə qədər şans verəcəyindən asılı olacaq.

İdman.Biz