Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) Rusiya milli komandalarının və klublarının beynəlxalq turnirlərdə iştirakına qoyulan qadağanın aradan qaldırılması məsələsini detallı araşdıracaq.
İdman.Biz bu barədə jurnalist Rob Harrisin sözlərinə əsasən bildirir.
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi 2023-cü il oktyabrın 12-dən qüvvədə olan Rusiya Olimpiya Komitəsinin statusunun dayandırılması qərarını müvəqqəti ləğv edib.
BOK-dan bildirilib ki, antidopinq tələbləri istisna olmaqla, Rusiya idmançıları və komandaları üçün əvvəllər müəyyən edilmiş məhdudiyyətlər ləğv edilir.
Rusiya milli komandası 2022-ci ilin fevral ayından bəri bütün rəsmi FIFA və UEFA yarışlarından kənarlaşdırılıb. Rusiya klubları da beynəlxalq turnirlərdə iştirak etmir.
