Top 5 liqada yeni bombardir – 5 oyuna 10 qol vuran Seru Qirassi - ARAŞDIRMA

Təhlil
23 Sentyabr 2023 20:13
172
Top 5 liqada yeni bombardir – 5 oyuna 10 qol vuran Seru Qirassi - ARAŞDIRMA

Harri Keynin Bundesliqaya yaxşı qoşulması haqqında çox danışılır. Hücumçu Premyer Liqada olduğu kimi, eyni ritmdə də qol vurmağa davam edib. İngilis futbolçunun dörd turdan sonra 7 qol və 3 məhsuldar ötürməsi var. O, Çempionlar Liqasında da qol vurub. Əla rəqəmlərdir deyilmi? Amma liqanın bombardiri ondan 6 qol çox vurub!

Qvineyalı Seru Qirassi artıq “Ştutqart”da 10 qol vurub! O, bu mövsüm 5 liqada ən çox qol vuran futbolçudur.

İdman.biz hücumçu haqqında olan yazını sizə təqdim edir.

Bəs Qirassi bu qolları kimə vurub?

Hücumçu bu mövsüm hər turda qol vurub. Hətta "Ştutqart"ın "Leypsiq"ə böyük hesabla uduzduğu matça belə o fərqlənib. Qirassi 10 qolu aşağıdakı komandalara vurub:

1-ci tur. “Ştutqart” – “Bohum” – 5:0 (2 qol);
2-ci tur. “Leypsiq” – “Ştutqart” – 5:1 (1 qol);
3-cü tur. “Ştutqart” – “Frayburq” – 5:0 (2 qol);
4-cü tur. “Maynts” – “Ştutqart” – 1:3 (3 qol).
5-ci tur. “Ştutqart” – “Darmştadt”- 3:1 (2 qol)

5-ci turun açılış matçında "Ştutqart" Bundesliqada sonuncudan əvvəlki komanda olan "Darmştadt"ı qəbul etdi. Ötən gecə keçirilən oyunda Qirassinin vurduğu hər 2 qol baxımlılığı ilə sevilirdi

Onun güclü tərəfi nədir?

Sürət və hər iki ayaqla vurmaq əsas üstünlükdür. Qirassi sağ ayaqlıdır, lakin bu mövsüm sol ayağı ilə artıq iki dəfə qol vurub. Eyni zamanda o, hiyləgərliyi ilə də seçilir. Rəqib müdafiəçilərin arxasında necə dayanmalı, hansı trayektoriya ilə onları çaş baş salmağı yaxşı bilir. Hücumçuların ən sevilən tərəfi lazımi vaxtda, lazımi yerdə olması və qol duyumudur. Seru hər zaman lazımi yerdədir.

Onun əsas üstünlüklərindən biri də soyuqqanlılığıdır. Bu soyuqqanlılıq xüsusi ilə də son zərbələr zamanı özünü göstərir. Hücumçunun “Darmştadt”la oyunda vurduğu 2-ci qolda onun necə təcrübəli və soyuqqanlı olduğunun bir daha şahidi olduq.

Niyə Qirassi haqqında daha əvvəl eşitməmişik?

Çünki o, heç vaxt bu qədər fərqlənmirdi. Onun 27 yaşı var və bütün karyerasını Fransa və Almaniyada nisbətən orta səviyyəli komandalarda keçirib. Yüksəlişlər (Çempionlar Liqasında "Renn"ə iki dəfə qol vurdu) və enişlər (Kölndə ikinci Bundesliqada oynadı) oldu, lakin Qirassi top hücumçu, ulduz statusuna çatmadı. O, çempionatda heç vaxt 10-dan çox qol vurmayıb. Yalnız keçən il o, bu həddi keçib. Bundesliqada 10 dəfə fərqlənib.

Hücumçu ötən mövsümü icarə əsasında "Ştutqart"da keçirib. Bu yay almanlar Qirassini “Renn”dən 9 milyon avroya alıblar. Hələ iyun ayında “Transfermarkt” futbolçunu 14 milyon avroya qiymətləndirsə də görünür, portalda qiymətləri yenilədikdən sonra o, daha böyük məbləğdə qiymətləndiriləcək.

Son transfer pəncərəsinin sonunda Aleksandar Mitroviçi Səudiyyə Ərəbistanına buraxan "Fulhem" hücumçuya göz dikib. “Bild”in məlumatına görə, Qirassi Premyer Liqada oynamaq istəyir, lakin “Fulhem”lə maraqlanmır. Üstəlik, Ştutqartda maaş artımı aldı və yaydan komandanın ən çox maaş alan futbolçusu oldu. Çox güman ki, bu mövsüm forvard bir mövsümdə qollar üzrə şəxsi rekorda imza atacaq.

Emin Ağa

İdman.biz