Rayan Çerki Olise ilə münaqişə barədə xəbərləri təkzib etdi

5 Oktyabr 2026 01:42
73
Rayan Çerki Olise ilə münaqişə barədə xəbərləri təkzib etdi

İngiltərənin “Mançester Siti” futbol komandasının yarımmüdafiəçisi Rayan Çerki Fransa millisində Maykl Olise ilə münaqişə yaşadığı barədə yayılan xəbərlərə münasibət bildirib.

İdman.Biz xəbər verir ki, Fransanın “L'Équipe” nəşri futbolçular arasında fikir ayrılığının yarandığını iddia edib. Mənbənin məlumatına görə, Olise Çerkinin bəzi oyun epizodları ilə bağlı mövqeyi ilə həmişə razılaşmayıb.

Çerki isə sosial şəbəkədə bu xəbəri təkzib edib:

“Daha bir uydurma... necə də möhtəşəm ilhamdır!”

Qeyd edək ki, Fransa millisi hazırkı beynəlxalq fasilədə Türkiyə və Belçikanı 1:0 hesabı ilə məğlub edib, İtaliya ilə isə 1:1 hesablı heç-heçə edib. Komandanın növbəti oyunu bu gün Belçikaya qarşı olacaq.

İdman.Biz