Fransanın “Lill” futbol komandasının baş məşqçisi Davide Ançelotti İspaniyanın “Real Madrid” futbol komandasının hazırkı problemlərindən danışıb.
İdman.Biz xəbər verir ki, italiyalı mütəxəssis madridlilərin orta xəttində Luka Modriç və Toni Kroosun gedişindən sonra ciddi boşluq yarandığını bildirib.
Ançelottinin sözlərinə görə, “Real”ın şaquli futbol oynaması üçün yalnız sürətli hücumçulara sahib olması kifayət etmir:
“Dediklərimin tənqid kimi qəbul olunmasını istəmirəm. Modriç və ya Kroos oynayanda top daim irəli qaçan futbolçunu tapırdı. Şaquli futbol oynamaq üçün ötürməni verə biləcək futbolçu lazımdır. Səkkiz sürətli oyunçunun olması kifayət deyil, onları oyuna qoşa biləcək biri də olmalıdır”.
36 yaşlı mütəxəssis bununla “Real Madrid”in hazırda yaradıcı və oyunu istiqamətləndirən mərkəz yarımmüdafiəçisinə ehtiyac duyduğuna işarə edib.
