“France Football”: Robert Levandovski “Qızıl top”a layiq görülə bilər

Xəbərlər
14 May 2024 19:04
84
“France Football”: Robert Levandovski “Qızıl top”a layiq görülə bilər

“France Football” nəşri 2020-ci ilin “Qızıl top” mükafatının Robert Levandovskiyə verilməsini nəzərdən keçirir.

İdman.bizi xəbər ki, həmin ildə pamdemiya üzündən mükafat təxirə salınıb.

O vaxt “Bavariya”da çıxış edən polşalı forvard 55 oyunda 47 qol vurub. Levandovski Münhen klubu ilə Çempionlar Liqası kubokunu, Almaniya Bundesliqası çempionluğunu qazanıb və UEFA-nın səsverməsində ilin ən yaxşısı seçilib. Mükafat verilmədiyi üçün ciddi tənqidlərə məruz qalan nəşr nüfuzunu zərbə altında qoymamaq üçün hücumçuya "Qızıl top"a hədiyyə edə bilər.

Qeyd edək ki, 2021-ci ildə Robert səsvermədə yalnız Lionel Messidən geri qalaraq, “Qızıl top”u qazanmaq şansı qaçırıb.

İdman.biz