Pikenin tribunadan müdaxiləsi müzakirə yaratdı - VİDEO

21 Sentyabr 2026 05:38
79
Pikenin tribunadan müdaxiləsi müzakirə yaratdı - VİDEO

İspaniyanın “Andorra” futbol komandasının prezidenti Jerar Pike “La Liga Hypermotion”un altıncı turunda “Sportinq Xixon”la keçirilən matçı tribunadan izləyib. Görüş “Andorra”nın 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, Pike tribunada sevgilisi Klara Çia və daha bir gənclə birlikdə olub. Matçın 83-cü dəqiqəsində DAZN kameraları maraqlı epizod qeydə alıb. “Barselona”nın sabiq futbolçusu tribunadan barmaqları ilə müəyyən işarələr verib. Bundan dərhal sonra klub əməkdaşlarından biri ehtiyat oyunçular skamyasında telefonla danışmağa başlayıb və cəmi bir neçə saniyə sonra “Andorra”nın türkiyəli futbolçusu Efe Akman əvəzlənib.

Bu görüntülər sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. İstifadəçilər əvəzləmənin Pikenin göstərişi ilə həyata keçirilib-keçirilmədiyini sual ediblər. “Mundo Deportivo” isə bunun həqiqətən klub prezidentinin müdaxiləsi, yoxsa sadəcə televiziya yayımının yaratdığı təsadüfi görüntü ardıcıllığı olduğunu dəqiq müəyyənləşdirməyin mümkün olmadığını vurğulayıb.

Qeyd edək ki, “Andorra” bu məğlubiyyətlə ardıcıl beşinci dəfə uduzub. Komanda “Sportinq Xixon”la qarşılaşmada ikinci hissədə hesabı bərabərləşdirsə də, sonradan daha iki qol buraxıb.

İdman.Biz
Məqalədə: