“Real”da ayağı topa dəyməyən sabiq futbolçudan Endrikə məsləhət

21 Sentyabr 2026 04:45
103
“Real”da ayağı topa dəyməyən sabiq futbolçudan Endrikə məsləhət

İspaniyanın “Real Madrid” futbol komandasının sabiq futbolçusu Rodriqo Fabri Endrikə gələcəyi ilə bağlı məsləhət verib.

İdman.Biz xəbər verir ki, Fabri gənc hücumçunun hazırda çox az oynadığını vurğulayıb və vəziyyət dəyişməzsə, ona başqa kluba keçməyi tövsiyə edib.

“Mən görürəm ki, o, demək olar, oynamır. O, çox gəncdir, Braziliya millisinin gələcəyi üçün əsas futbolçulardan biri hesab olunur və böyük istedada malikdir. Əgər indiki kimi az şans qazanacaqsa, daha çox oynaya və inkişaf edə biləcəyi başqa kluba keçməsini məsləhət görərdim”, - Fabri deyib.

Fabri 1998-ci ildə “Real”la beşillik müqavilə imzalasa da, klubun heyətində heç bir rəsmi oyuna çıxmayıb.

Qeyd edək ki, Endrik 2025/26 mövsümünün ikinci yarısını Fransanın “Lion” futbol komandasında icarə əsasında keçirib. Cari mövsümdə isə La Liqada cəmi bir oyunda iştirak edib.

İdman.Biz