İspaniyanın “Barselona” futbol komandası Almaniyanın “Bavariya” klubunda çıxış edən 18 yaşlı Lennart Karlın inkişafını yaxından izləyir.
İdman.Biz xəbər verir ki, “El Nacional” nəşrinin məlumatına görə, Avropanın bir sıra nəhəng klubları gənc futbolçu ilə maraqlanır və “Barselona” da onların sırasındadır.
Münhen təmsilçisinin Karlı satmaq niyyətində olmadığı bildirilir. Bununla belə, gələcəkdə “Bavariya” onun gedişinə razılıq versə, transferin çox baha başa gələcəyi vurğulanır.
Mənbənin yazdığına görə, “Barselona”nın idman direktoru Deku mümkün transfer üçün tələb olunacaq məbləği bilir:
“Əgər bir gün “Bavariya” onun gedişinə qapı açsa, Deku artıq qiyməti bilir: təxminən 100 milyon avro”.
“Bavariya”da 100 milyon avronun Lennart Karl üçün minimum qiymət hesab edildiyi qeyd olunur. Gənc futbolçu Almaniyada öz nəslinin ən böyük istedadlarından biri kimi qiymətləndirilir.
