Luis Enrike “Marsel”i təriflədi: “Çox yaxşı komanda gördük”

21 Sentyabr 2026 06:15
87
Luis Enrike “Marsel”i təriflədi: “Çox yaxşı komanda gördük”

Fransanın PSJ futbol komandasının baş məşqçisi Luis Enrike Liqa 1-in beşinci turunda “Marsel” üzərində 2:1 hesablı qələbədən sonra qarşılaşmanı dəyərləndirib.

İdman.Biz xəbər verir ki, ispaniyalı mütəxəssis “Velodrom”da oynamağın asan olmadığını və komandasının qələbə üçün ciddi mübarizə apardığını bildirib.

“Fasilədə futbolçulara xüsusi heç nə demədim. Çox çətinliklə qalib gəldik. Hamı bunun asan olacağını deyirdi, amma “Velodrom”da oynamaq asan deyil. Rəqib ilk hissədə çox yaxşı işlər gördü, biz isə daha az qol vəziyyəti yaratdıq”, - deyə Luis Enrike bildirib.

PSJ-nin baş məşqçisi ikinci hissədə oyunun gedişinin tam dəyişdiyini də qeyd edib:

“İkinci hissədə hər şey dəyişdi və çox yaxşı oyun göstərdik. Çox yaxşı “Marsel” gördük. Onlar yaxşı müdafiə olundular, çox yaxşı baş məşqçiləri var. Əminəm ki, nəticələrini yaxşılaşdıracaqlar”.

Qeyd edək ki, PSJ Fransa “Klassiki”ndə “Marsel”i 2:1 hesabı ilə məğlub edib. “Marsel” bu nəticədən sonra Liqa 1-də 17-ci pillədə qərarlaşıb.

İdman.Biz
Məqalədə: