Fransa Liqa 1-in beşinci turunda PSJ səfərdə “Marsel”ə 2:1 hesabı ilə qalib gəlib.
İdman.Biz xəbər verir ki, “Oranj Velodrom” stadionunda keçirilən Fransa “Klassiki”ni Fransua Leteksye idarə edib.
Hesab 66-cı dəqiqədə açılıb. Ferran Torres fərqlənərək Paris təmsilçisini önə keçirib.
72-ci dəqiqədə “Marsel”in yarımmüdafiəçisi Encel Qomes yaxın küncə dəqiq zərbə ilə hesabı bərabərləşdirib. Cəmi üç dəqiqə sonra Markinyos PSJ-nin ikinci qolunu vurub.
77-ci dəqiqədə isə meydan sahiblərinin futbolçusu Timoti Vea qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.
Qeyd edək ki, bu qələbədən sonra PSJ beş turda topladığı səkkiz xalla turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb. “Marsel” isə üç xalla 17-ci yerdədir.
21:44
Fransa Liqa 1-in beşinci turunda “Nitsa” doğma meydanda “Lill”i 2:1 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, “Alyans Riviera” stadionunda keçirilən qarşılaşmada hesab 22-ci dəqiqədə açılıb. “Lill”in müdafiəçisi Natan Nqoy topu öz qapısına göndərib və “Nitsa” önə keçib - 1:0.
Meydan sahibləri ikinci hissədə də üstün oyunlarını davam etdiriblər. 67-ci dəqiqədə Mohamed Amura fərqlənərək hesabı 2:0 edib.
“Lill” matçın sonlarında qollardan birinin əvəzini çıxsa da, məğlubiyyətdən qaça bilməyib.
19:53
Fransa Liqa 1-in beşinci turunda “Oser” öz meydanında “Brest”i 2:1 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, “Abbe-Deşam” stadionunda keçirilən qarşılaşmada hesabı 23-cü dəqiqədə qonaqlar açıblar. Pate Mbup fərqlənərək “Brest”i önə keçirib - 1:0.
Fasilədən dərhal sonra “Oser” tarazlığı bərpa edib. 46-cı dəqiqədə Kemeron Arçer hesabı 1:1 edib.
Qarşılaşmanın taleyi 83-cü dəqiqədə həll olunub. Rafael Le Gen topu öz qapısına göndərib və “Oser” 2:1 hesabı ilə önə keçib. Qalan dəqiqələrdə “Brest” məğlubiyyətdən qaça bilməyib.
