“Bayer” Almaniya çempionu! – İLK DƏFƏ

Xəbərlər
14 Aprel 2024 21:21
763
“Bayer” Almaniya çempionu! – İLK DƏFƏ

“Bayer” Almaniya Bundesliqasıında 2023/2024 mövsümün qalibi olub.

İdman.biz xəbər verir ki, Leverkuzen klubu 29-cu turda çempionluğunu rəsmiləşdirib.

Öz meydanında “Verder”i 5:0 məğlub edən “Bayer” 79 xalla ən yaxın izləyicisi “Bavariya”nı 16 xal qabaqlayıb. Komanda 29 matçın 25-də qalib gəlib, 4-də heç-heçə oynayıb.

“Bayer” tarixində ilk dəfə Almaniya çempionu olub.

Almaniya Bundesliqası
29-cu tur

“Darmştadt” – “Frayburq” – 0:1
“Bayer” – “Verder” – 5:0

İdman.biz